Bakı. 14 may. REPORT.AZ/ M.F.Axundovun "Hekayəti Molla İbrahimxəlil kimyagər" komediyası Azərbaycan Dövlət Musiqili Teatrında səhnəyə qoyulacaq.
Əməkdar artist Şövqi Hüseynov "Report"a açıqlamasında deyib ki, "Hekayəti Molla İbrahimxəlil kimyagər" komediyasında baş rolu canlandıracaq.
O bildirib ki, indiyə qədər M.F.Axundovun 4 komediyasında rol ifa edib: "Musiqili Teatrda kimyagər obrazını ifa edəcəm. Allah qoysa, bu tamaşa alınsa, onda M.F.Axundovun altı komediyasından dördündə rol almış olacam. Qalır, iki komediya".
Tamaşaya Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verib.
Əməkdar artist əlavə edib ki, Musiqili Teatrın rus bölməsində "Silva" tamaşası da yenidən bərpa olunur: "Həmin tamaşada rol almışam. Gənc Tamaşaçılar Teatrında isə "Mehmanxana sahibəsi" əsərini təhvil verdik".