Həftəsonu Musiqili Teatrda 5 tamaşa nümayiş etdiriləcək

Həftəsonu Musiqili Teatrda 5 tamaşa nümayiş etdiriləcək Tamaşalar saat 12.00 və 19.00-da başlayacaq
İncəsənət
3 May , 2017 14:46
Həftəsonu Musiqili Teatrda 5 tamaşa nümayiş etdiriləcək

Bakı. 3 may. REPORT.AZ/ Musiqili Teatrda həftəsonu 5 tamaşa nümayiş etdiriləcək. 

Teatrın mətbuat katibi Samir Sədaqətoğlu “Report”a bildirib ki, bunlar “Qızıl toy” (O.Kazımi, R. Heydər), “Yağış göbələyinin macərası” (R.Şəfəq, V.Zimin), “O olmasın, bu olsun” (Ü.Hacıbəyli), A.Sadıqovun səhnələşdirdiyi “Yatmış gözəl və cırtdanlar” (Ş.Pero) və “Baladadaşın toy hamamı” (Elçin, F.Allahverdi) adlı səhnə əsərləridir. 

Tamaşalarda xalq artisti Fatma Mahmudova, əməkdar artistlər Novruz Qartal, Svetlana Bulax, Əzizağa Əzizov, Nahidə Orucova, Ələkbər Əliyev, Almaz Ələsgərli, Çingiz Əhmədov, Əkbər Əlizadə, Şövqi Hüseynov, aktyorlar Marina Litvinenko, Nadir Xasıyev, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Nadejda Povelitsina, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Elxan İsmayılov, Gülnarə Abdullayeva, Səməd Xasıyev, Gülçöhrə Abdullayeva, Ülviyyə Əliyeva, Əliməmməd Novruzov, Yuliya Heydərova, Hüseyn Əlili, Mehriban Zalıyeva, Rauf Babayev, Nicat Əli, Aydan Həsənova, Ruslan Mürsəlov, Elnarə Nağdəliyeva, Gültac Əlili, Şaban Cəfərov, Gülnarə Əzizova, Zarina Qurbanova, Əmrah Dadaşov, Fərid Rzayev, Güldanə Əzimova, Nahid İsgəndərzadə, Elməddin Dadaşov, Murad Əliyev və başqaları rol alıb. 

Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, mayın 6-da saat 12.00-da R.Şəfəq, V.Ziminin “Yağış göbələyinin macərası” rus dilində, mayın 7-də saat 12.00-da isə Ş.Peronun “Yatmış gözəl və cırtdanlar” əsəri Azərbaycan dilində balaca tamaşaçılara təqdim olunacaq.

Tamaşalar mayın 5, 6 və 7-də saat 12.00 və 19.00-da başlayacaq.

Altı manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək mümkündür. 

Son xəbərlər

Orphus sistemi