Həftəsonu Gənc Tamaşaçılar Teatrında iki tamaşanın premyerası olacaq

Həftəsonu Gənc Tamaşaçılar Teatrında iki tamaşanın premyerası olacaq Tamaşalara biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından və "ASAN xidmət" filiallarından əldə etmək olar
İncəsənət
1 İyun , 2018 13:30
Həftəsonu Gənc Tamaşaçılar Teatrında iki tamaşanın premyerası olacaq
0 : 00
0 : 00

Bakı. 1 iyun. REPORT.AZ/ Həftəsonu Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında iki yeni tamaşanın təqdimatı baş tutacaq.

Teatrdan "Report"a verilən məlumata görə, teatr iyunun 1-i, saat 12:00 və 14:00-da P.Cullifordun “Şirinlər” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanı ilk dəfə nümayiş etdirəcək. Axşam saat 19:00-da isə böyük dramaturqumuz, unudulmaz H.Cavidin “Ana” mənzum dramının premyerası təqdim olunacaq.

Bundan başqa, uyunun 2-si saat 12:00 və 14:00-da A.Şaiqin “Tıq-Tıq xanım”, saat 16:00 və 19:00-da isə böyük mütəfəkkir M.F.Axundzadənin “Hekayəti Xırs quldurbasan” tamaşaları nümayiş etdiriləcək.

Tamaşalarda əməkdar artistlər Şəfəq Əliyeva, Nübar Novruzova, Leyli Vəliyeva, Gülər Nəbiyeva, Nofəl Vəliyev Şövqi Hüseynov, Vahid Əliyev, Rasim Cəfərov, aktyorlardan Manaf Dadaşov, Elnur Kərimov, Elşən Şıxəliyev, Ramil Məmmədov, Elnur Hüseynov, Günel Məmmədova , Zemfira Əbdülsəmodova, Ədalət Əbdülsəməd, Asya Atakişiyeva, Anar Seyfullayev, Xəyalə Meydanova, Nuranə Hüseynova və başqaları iştirak edirlər.

Tamaşalara biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından və "ASAN xidmət" filiallarından əldə etmək olar. 

Son xəbərlər

Orphus sistemi