"Həddən artıq uyğunluq" bədii filminin çəkilişləri başa çatıb

"Həddən artıq uyğunluq" bədii filminin çəkilişləri başa çatıb Filmin montaj və səsləndirilməsi prosesindən sonra təqdimatı keçiriləcək
İncəsənət
802
6 Fevral , 2016 10:55
Həddən artıq uyğunluq bədii filminin çəkilişləri başa çatıb

Bakı. 6 fevral. REPORT.AZ/ Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Ülviyyə Könülün rejissorluğu ilə ekranlaşdırılan "Həddən artıq uyğunluq" bədii filminin çəkilişləri başa çatıb.

Bu barədə "Report"a "Azərbaycanfilm" kinostudiyasından məlumat verilib.

Filmin montaj və səsləndirilmə prosesi başlayacaq. Yeni filmin təqdimat mərasiminin nə zaman keçiriləcəyi montaj prosesi başa çatdıqdan sonra bəlli olacaq.

Xatırladaq ki, bədii filmin ssenari müəllifləri Ramiz Fətəliyev və Aleksandr Mərdan, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə xalq artisti Afaq Bəşirqızı, aktyorlar Aydan Axundova, Tural Əsədov və başqaları çəkilib.

Dövlət sifarişi ilə ekranlaşdırılan bədii filmin çəkilişləri Azərbaycanda və ABŞ-da aparılıb.

Son xəbərlər

Orphus sistemi