Habil Əliyevin nəvəsi: "Babam sağdır, ölüm xəbəri yalandır"

Habil Əliyevin nəvəsi: "Babam sağdır, ölüm xəbəri yalandır" "Bu söz-söhbətlər bizə, Habil müəllimi sevənlərə, onun doğmalarına çox pis təsir edir"
İncəsənət
7 Sentyabr , 2015 13:16
Habil Əliyevin nəvəsi: Babam sağdır, ölüm xəbəri yalandır

Bakı. 7 sentyabr. REPORT.AZ/ "Habil Əliyev sağdır, ölüm xəbəri yalandır".

Bunu "Report"a Azərbaycanın xalq artisti, kaman ustadı Habil Əliyevin nəvəsi Bəhruz Məmmədov deyib. 

O qeyd edib ki, H.Əliyevin vəziyyəti ağırdır və komadan çıxmayıb: "Ürəyi döyünür. Neçə gündür, mətbuatda babamın ölüm xəbərləri yayılır. Babamın 88 yaşı var. Allahın əmri ilə bir gün hamımız dünyadan köçəcəyik. Amma insan sağ olduğu halda, niyə öldüyü haqda məlumatlar yayırlar? Ailəmiz adından bəyan edirəm ki, bu söz-söhbətlər bizə, Habil müəllimi sevənlərə, onun doğmalarına çox pis təsir edir. Mənə zəng edib, başsağlığı verirlər. Deyirəm ki, babam sağdır. Habil Əliyevin ürəyi döyünürsə, deməli kamanın ürəyi döyünür. Axı, babam tək bizə, ailəsinə məxsus deyil. Onun cismani yoxluğunda da, kaman susmayacaq. Habil Əliyevin ürəyi bu gün döyünür, sabah döyünməsə belə, kamanın səsi gələcək".

Xatırladaq ki, xalq artisti Habil Əliyev ağciyər və ürək çatışmazlığından əziyyət çəkir. Hazırda ustad sənətkar komadadır.

Son xəbərlər

Orphus sistemi