Gürcüstanın Azərbaycan Dram Teatrı yeni tamaşa nümayiş etdirib

Gürcüstanın Azərbaycan Dram Teatrı yeni tamaşa nümayiş etdirib Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı builki mövsümdə “Nəhayət bitdi” adlı ikinci tamaşa hazırlayıb.
İncəsənət
249
21 Noyabr , 2021 21:46
Gürcüstanın Azərbaycan Dram Teatrı yeni tamaşa nümayiş etdirib

Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı builki mövsümdə “Nəhayət bitdi” adlı ikinci tamaşa hazırlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, səhnə əsərinin Gürcüstan Dövlət Pantomim Teatrında premyerası olub.

Tamaşanın quruluşçu rejissoru və əsas rolun ifaçısı kimi teatrın bədii rəhbəri Turqay Vəlizadə çıxış edib. Səhnə əsərində ikinci dərəcəli rollarda teatrın gənc aktyorları - Telman İsfahanlı, Fuad İsfahanlı, Nərmin Həsənova və Mədinə Həsənova yer alıblar.

Bir neçə xarici əsərin motivləri əsasında səhnələşdirilmiş “Nəhayət bitdi” tamaşası bir insanın həyat dramından bəhs edir. Odlu silahla intihar etməyə qərar vermiş baş qəhrəman həyatının sevincli, kədərli və faciəvi məqamlarını ironiya ilə yadına salır. O, sonda sevgisini itirməsi səbəbindən yaşamağında heç bir məna görmədiyinə görə sui-qəsd edir.

Səhnə əsərini seyr edənlər arasında Azərbaycanın Gürcüstandakı Səfirliyinin əməkdaşları, azərbaycanlı icmanın üzvləri, gənclər və mətbuat nümayəndələri olub.

Teatrsevərlər tamaşanı maraq və alqışlarla qarşılayıblar.

Son xəbərlər

Orphus sistemi