Gürcüstan və Belarusdan olan sənətçilər Opera və Balet Teatrının səhnəsində çıxış edəcək

Gürcüstan və Belarusdan olan sənətçilər Opera və Balet Teatrının səhnəsində çıxış edəcək Görkəmli italyan bəstəkarı Cakomo Puççininin "Toska" operasının tamaşası nümayiş etdiriləcək
İncəsənət
14 Oktyabr , 2015 17:43
Gürcüstan və Belarusdan olan sənətçilər Opera və Balet Teatrının səhnəsində çıxış edəcək

Bakı. 14 oktyabr. REPORT.AZ/ Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Cakomo Puççininin "Toska" operasının tamaşası nümayiş etdiriləcək. 

"Report" xəbər verir ki, oktyabrın 24-də göstəriləcək tamaşada Toska partiyasını teatrın gənc solisti, Azərbaycanın əməkdar artisti, Prezident təqaüdçüsü İlahə Əfəndiyeva ifa edəcək. Onun tərəf müqabilləri kimi Kavaradossi rolunda Gürcüstanın xalq artisti, dövlət mükafatı və müxtəlif beynəlxalq vokal müsabiqələrinin laureatı, professor Teymuraz Ququşvili və Skarpia rolunda Belarus Milli Akademik Opera və Balet Teatrının solisti, Belarusun əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Vladimir Qromov çıxış edəcək.

Azərbaycanın xalq artisti, vokalçıların Bülbül adına müsabiqəsinin Qran-Pri mükafatının sahibi Əli Əsgərov, əməkdar artistlər Əkrəm Poladov və Cahangir Qurbanov da tamaşada iştirak edəcək. 

Tamaşanı Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.

Son xəbərlər

Orphus sistemi