“Gözəllik nuru-2016” sərgi və konsert keçiriləcək

“Gözəllik nuru-2016” sərgi və konsert keçiriləcək Tədbir 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunub
İncəsənət
3 Mart , 2016 21:31
“Gözəllik nuru-2016” sərgi və konsert keçiriləcək

Bakı. 3 mart. REPORT.AZ/ Martın 4-dən 8-dək Muzey Mərkəzinin Sərgi Qalereyasında 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Gözəllik nuru-2016” sərgi və konsert keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Mədəniyyət və Turizm Nazirliyi, Muzey Mərkəzi, Milli Musiqi Komitəsi və “Kukla” Art Qalereyası təşkil etdiyi “Gözəllik nuru” incəsənət layihəsi qadınların incəsənət və həyatdakı rolu ideyasına həsr olunub.

Ənənəvi olaraq hər il davamlı surətdə keçirilən bu layihənin növbəti mərhələsi də 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunub.

Təqdimatda eyni zamanda konsert də baş tutacaq.

Konsertdə klassik musiqi nümunələri səslənəcək. 

Son xəbərlər

Orphus sistemi