Gəncədə “Zəriflik” Beynəlxalq Musiqi Festivalının açılışı olub - FOTO

Gəncədə “Zəriflik” Beynəlxalq Musiqi Festivalının açılışı olub - FOTO Festival aprelin 30-dək davam edəcək
İncəsənət
3847
28 Aprel , 2018 20:37
Gəncədə “Zəriflik” Beynəlxalq Musiqi Festivalının açılışı olub - FOTO
Report

Gəncə. 28 aprel. REPORT.AZ/ Gəncə şəhərində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş “Zəriflik” Beynəlxalq Musiqi Festivalının rəsmi açılışı olub.

"Report"un Qərb bürosunun məlumatına görə, tədbir Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında keçirilir.

Açılışda çıxış edən Gəncə şəhərinin icra başçısı Elmar Vəliyev bu festivalın şəhər üçün mühüm bir tarixi hadisə olduğunu bildirib.

Daha sonra festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli filarmoniyada bu cür tədbirlərin keçirilməsi üçün hər bir şəraitin olduğunu qeyd edib və bildirib ki, belə binada adi konsertlərdən daha çox beynəlxalq festivalların təşkil edilməsi təqdirə layiq olardı.

Festivalın açılış mərasimində Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Konsertdə Fərhad Bədəlbəyli (piano), Teymuraz Ququşvili (tenor, Gürcüstan), Olqa Naqornaya (soprano, Ukrayna), Aygün Bayramova (xanəndə), Samir Cəfərov (tenor), Ehtiram Hüseynov (xanəndə) və digər tanınmış musiqiçilərin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, xalq musiqisi səsləndirilib.

Festival aprelin 30-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi