Gəncə Teatrı Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında iştirak edir

Gəncə Teatrı Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında iştirak edir Teatr Festivalda Turqay Narın “Şəhrizadın oyunu” mistik-psixoloji dramını nümayiş etdirəcək
İncəsənət
20 Aprel , 2016 19:37
Gəncə Teatrı Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında iştirak edir

Bakı. 20 aprel. REPORT.AZ/ Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi qardaş Türkiyə Cümhuriyyətində qastrol səfərindədir. Artıq 9-cu səfər kimi reallaşan bu qastrola teatrın direktoru, əməkdar mədəniyyət işçisi Əli Qasımov rəhbərlik edir.

Bu barədə "Report"a Gəncə Dövlət Dram Teatrının mətbuat xidmətindən məlumat verilib.

Teatr Konya şəhərində gerçəkləşəçək “Min nəfəs, bir səs” adlı Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında Turqay Narın “Şəhrizadın oyunu” mistik-psixoloji dramını nümayiş etdirəcək.

Tamaşanın quruluşçu rejissoru Elşad Əhmədovdur. Pyesdə əsas rolları əməkdar mədəniyyət işçisi Yusif Cəfərov, Sevda Orucova, əməkdar artistlər Salamulla İsmayılov, Novruz Cəfərov və başqaları ifa edir.

Növbəti günlərdə teatrın yaradıcı kollektivi Girəsun şəhərində çıxış edəcək.

Qeyd edək ki, bu gün festivalın açılış mərasimi olub. Açılış mərasimində festivala qatılan türkdilli ölkələrin teatr xadimləri Konya Dövlət Teatrının qarşısından başlayaraq Konya valiliyinə qədər festivalın açılışını bildirən yürüş keçiriblər.

Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında Bolqarıstan, Moldova, İraq, Qazaxıstan və eləcə də Türkiyənin bir sıra teatrlarının yaradıcı kollektivləri ilə yanaşı, ümumilikdə 12 teatr truppası iştirak edir.

Xatırladaq ki, kollektiv may ayının 5-də Gəncəyə qayıdaçaq.

Son xəbərlər

Orphus sistemi