Gənc vokalçı konsert proqramı ilə çıxış edəcək

Gənc vokalçı konsert proqramı ilə çıxış edəcək Konsert IV “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilir
İncəsənət
11 Mart , 2015 20:50
Gənc vokalçı konsert proqramı ilə çıxış edəcək

Bakı. 11 mart. REPORT.AZ/ Martın 17-də gənc vokalçı Ramil Qasımovun konserti keçiriləcək.

"Report" xəbər verir ki, IV “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında keçiriləcək konsertdə vokalçını Azərbaycan Bəstəkarlar İttifaqının “Baku Simfonietta” orkestri müşayiət edəcək.

Orkestrin bədii rəhbəri və baş dirijoru beynəlxalq müsabiqələr laureatı Cavad Tağı-zadədir. Gecədə Azərbaycanın tanınmış ifaçısı Ramil Qasımov xalq mahnılarını gənc bəstəkar Elvin Quliyevin işləməsində, yeni aranjemanda ifa edəcək.

Konsertdə həmçinin əməkdar artist Aygün Zeynalova da iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan Bəstəkarlar İttifaqının “Baku Simfonietta” orkestri 2014-cü ilin fevral ayında ABİ-nin sədri xalq artisti Firəngiz Əlizadə və Cavad Tağı-zadənin təşəbbüsü ilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi