Gənc Tamaşaçılar Teatrı Elista şəhərinə qastrol səfərinə gedir

Gənc Tamaşaçılar Teatrı Elista şəhərinə qastrol səfərinə gedir Qastrol səfəri oktyabrın 25-də baş tutacaq
İncəsənət
110
14 Oktyabr , 2015 12:40
Gənc Tamaşaçılar Teatrı Elista şəhərinə qastrol səfərinə gedir

Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı oktyabr ayının 25-də Rusiya Federasiyasının Elista şəhərinə qastrol səfərinə yola düşəcək.

“Report” xəbər verir ki, kollektiv 4 gün müddətində Milli Dram Teatrın səhnəsində uşaqlar üçün Pərvinin “Dəcəl keçi” və böyüklər üçün Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” tamaşalarını nümayiş etdirəcək.

Səfər çərçivəsində Elista Dövlət İncəsənət Muzeyində Gənc Tamaşaçılar Teatrının və eyni zamanda nümayiş olunacaq tamaşaların quruluşçu rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Elşən Sərxanoğlunun əsərlərindən ibarət sərgi təşkil olunacaq.

Sərgidə rəssamın yüzdən artıq qrafik və yağlı boya ilə işlənmiş əsərlərinin nümayişi nəzərdə tutulub.

Daha sonra Elista şəhər Filarmoniyasında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşı - aktyor İlham Əsədovun iştirakı ilə xalq və müasir bəstəkar mahnılarından ibarət konsertin keçirilməsi də nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi