Gənc Tamaşaçılar Teatrının direktoru beynəlxalq konqresə dəvət alıb

Gənc Tamaşaçılar Teatrının direktoru beynəlxalq konqresə dəvət alıb Konqres 2017-ci ilin may ayının 17-dən 27-dək keçiriləcək
İncəsənət
29 Dekabr , 2016 20:44
Gənc Tamaşaçılar Teatrının direktoru beynəlxalq konqresə dəvət alıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrının direktoru, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov gələn ilin may ayında Keyptaunda beynəlxalq konqresdə iştirak edəcək.

Bu barədə "Report"a teatrın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Cənubi Afrikada baş tutacaq “Yaradıcılığın beşiyi” adlı XIX  ASSİTEJ  Dünya Konqresi və Səhnə Sənəti Festivalı ASSİTEJ-Azərbaycan Milli Mərkəzi və onun həyata keçirdiyi layihələr üçün olduqca əhəmiyyətlidir.

Dünyanın ən nüfuzlu teatr rəhbərlərinin iştirak edəcəyi festival yeni yaradıcılıq axtarışları, mədəni əlaqələrin inkişafı və genişləndirilməsi, ortaq layihələrin hazırlanması istiqamətində mühüm rol oynayır.

Konqres 2017-ci il mayın 17-dən 27-dək keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi