Bakı. 2 mart. REPORT.AZ/ Martın 4-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şou-proqram təqdim olunacaq.
"Report" xəbər verir ki, qadınlar bayramı münasibətilə teatrın aktyoru və həmkarlar komitəsinin sədri İlham Əsədov ənənəvi konsert proqramı ilə çıxış edəcək.
6 ildir 8 mart ərəfəsində baş tutan konsertin əsas məqsədi xanımların zövqlərini oxşayacaq musiqi nömrələri təqdim etmək, onlara yaddaqalan bayram yaşatmaqla məişət problemlərindən uzaqlaşdırmaqdır.
Bayramın səbəbkarlarına İlham Əsədovun ifasında Azərbaycan xalq və müasir musiqiləri, teatrın kişi aktyorlarının hazırladığı maraqlı səhnəciklər təqdim ediləcək.
