Gənc Tamaşaçılar Teatrının aktyorları fləşmob keçirəcək

Gənc Tamaşaçılar Teatrının aktyorları fləşmob keçirəcək Fləşmob “Bakı Avropa Oyunları - 2015” ili çərçivəsində olacaq
İncəsənət
30 Dekabr , 2014 14:24
Gənc Tamaşaçılar Teatrının aktyorları fləşmob keçirəcək

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Yeni İl bayramı ilə əlaqədar fləşmob keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə xəbəri teatrın mətbuat xidməti yayıb.

Belə ki, teatrın qarşısında “Bakı Avropa Oyunları - 2015” ili çərçivəsində gəncləri və Bakının qonaqlarını teatr-tamaşa müəssisələrinə cəlb etmək məqsədilə teatrlaşdırılmış fləşmob olacaq.

Teatrın gənc aktyorlarının iştirakı ilə keçiriləcək fləşmob 2015-ci il yanvar ayının 4-də saat 19.30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi