Gənc Tamaşaçılar Teatrında “Qar kraliçası” adlı yeni tamaşa hazırlanır

Gənc Tamaşaçılar Teatrında “Qar kraliçası” adlı yeni tamaşa hazırlanır Tamaşa dekabr ayında təhvil veriləcək
İncəsənət
24 Oktyabr , 2017 14:54

Bakı. 24 oktyabr. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın hazırlanmasına başlanılıb.

Bu barədə "Report"a teatrın mətbuat xidmətindən məlumat verilib.

H.X Andersenin “Qar kraliçası” əsəri əsasında ərsəyə gələcək eyni adlı tamaşanın rejissoru Elşad Rəhimzadə, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradova, tamaşanın plastik həlli Ceyhun Dadaşov, rejissor assistenti Sona Mustafayevadır.

Tamaşada Mehriban Hüseynova, Zemfira Əbdülsəmədova, Könül Əbilova, Anar Seyfullayev, Vahid Orucoğlu, Elşən Şıxəliyev, Ceyhun Məmmədov, Qəmər Məmmədova və digər aktyorlar rol alıb. 

Tamaşa dekabr ayında təhvil veriləcək.

Son xəbərlər

Orphus sistemi