Gənc Tamaşaçılar Teatrında premyera olacaq

Gənc Tamaşaçılar Teatrında premyera olacaq Martın 18-də "Möcüzəli turp" nümayiş etdiriləcək
İncəsənət
14 Mart , 2016 10:41
Gənc Tamaşaçılar Teatrında premyera olacaq

Bakı. 14 mart. REPORT.AZ/ Martın 18-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Möcüzəli turp" uşaq tamaşasının premyerası olacaq.

"Report" xəbər verir ki, tamaşa rus xalq nağılının motivləri əsasında hazırlanıb.

Məktəblilər və azyaşlı izləyicilər üçün nəzərdə tutulmuş yeni səhnə əsərinin quruluşçu rejissoru Elşən Zeynallıdır.

Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Rüfət Ramazanov, rejissor assistenti Sona Mustafayeva, rəqslərin quruluşu Vüsal Mehrəliyevə məxsusdur.

Tamaşada əməkdar artistlər Ədalət Əbdülsəmədov, Qəmər Məmmədova, aktyorlar Zümrüd Quliyeva, Elnur Hüseynov, Sevinc Mehrəliyeva və başqaları iştirak edəcək.

Qeyd edək ki, bu tamaşa, rejissor Elşən Zeynallının Gənc Tamaşaçılar Teatrında quruluş verdiyi ilk əsərdir. 

Son xəbərlər

Orphus sistemi