Gənc Tamaşaçılar Teatrında mövsümün son tamaşası hazırlanır

Gənc Tamaşaçılar Teatrında mövsümün son tamaşası hazırlanır Tamaşa 2017-ci ilin dekabr ayında teatrsevərlərin ixtiyarına veriləcək
İncəsənət
4 İyul , 2017 20:47
Gənc Tamaşaçılar Teatrında mövsümün son tamaşası hazırlanır

Bakı. 4 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında F.Dürrenmattın “Dəlixanada qətl” pyesi əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tamaşanı rus dilindən tərcümə edəni Dilsuz Mustafayevdir.

Yeni səhnə əsərinin quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradova, rejissor assistenti Sevda Hacışəmiyevadır.

Tamaşada əsas obrazları əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Nofəl Vəliyev, Sövqü Hüseynov, aktyorlar Mehriban Hüseynova, İradə Rəşidova, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Anar Seyfullayev, Ramiq Nəsirov, Ramil Məmmədov, Aygün Fətullayeva, Müşfiq Əliyev, Kərəm Hadızadə, Güşvər Şərifova, Mirzə Ağa Mirzəyev, Rövşən Abbasov, Məhərrəm Musayev, Elgün Yəhyayev və başqaları canlandıracaq.

Tamaşa yeni mövsümdə, 2017-ci ilin dekabr ayında teatrsevərlərin ixtiyarına veriləcək. 

Son xəbərlər

Orphus sistemi