Gənc Tamaşaçılar Teatrında “IV İslam Həmrəyliyi Oyunları” xüsusi repertuarı tərtib edilib

Gənc Tamaşaçılar Teatrında “IV İslam Həmrəyliyi Oyunları” xüsusi repertuarı tərtib edilib Teatr “IV İslam Həmrəyliyi Oyunları” ilə bağlı bütün hazırlıq işlərini yekunlaşdırıb
İncəsənət
24 Aprel , 2017 15:38
Gənc Tamaşaçılar Teatrında  “IV İslam Həmrəyliyi Oyunları” xüsusi repertuarı tərtib edilib

Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı “IV İslam Həmrəyliyi Oyunları” ilə bağlı bütün hazırlıq işlərini yekunlaşdırıb. 

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qonaqların tamaşalara daha rahat şəkildə baxmaları üçün repertuarda olan tamaşaların ingilis dilinə tərcümə olunub səhnədəki qurğu ilə subtitrlər vasitəsilə ötürülməsi və s. təşkilati məsələlər təmin edilib.

İndi teatrın may ayı üçün nəzərdə tutulan xüsusi repertuarı tərtib edilib. 

Repertuara dünya dramaturgiyasının ən məşhur nümunələri ilə bərabər, Azərbaycan Milli dramaturgiyasından da ən gözəl seçmələri olan M.F.Axundzadə “Müsyö Jordan və dərviş Məstəli şah”, Ə.Haqverdiyev “Pəri Cadu”, H.Cavid “Şeyx Sənan”, M.Makdonaxın “Yalqız Qərb”, “Gözəllik kraliçası”, “Konnemarada bir kəllə”, L.Nurenin “Mən gəldim, qızlar” (“Müharibə”), U.Şekspir “Romeo və Cülyetta” tamaşaları daxil edilib.

Son xəbərlər

Orphus sistemi