Gənc Tamaşaçılar Teatrında həftəsonu bir neçə tamaşa təqdim olunacaq

Gənc Tamaşaçılar Teatrında həftəsonu bir neçə tamaşa təqdim olunacaq Bakı. 7 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında həftəsonu bir neçə tamaşa təqdim olunacaq.
İncəsənət
7 aprel 2018 06:13
Gənc Tamaşaçılar Teatrında həftəsonu bir neçə tamaşa təqdim olunacaq
Report.az

Bakı. 7 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında həftəsonu bir neçə tamaşa təqdim olunacaq.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, teatrın kollektivi aprelin 7-8-də altı səhnə əsəri ilə tamaşaçıların görüşünə gələcək.

Bu həftə də teatrın repertuarı həm məktəblilər, həm də gənc və yaşlı nəslin zövqünü oxşamağa çalışıb. Belə ki, aprelin 7-si saat 12:00 və 14:00-da H.K.Andersenin “Çirkin ördək balası”, 8-i isə eyni saatlarda A.Lindqrenin “Uzuncorab Peppi” tamaşaları nümayiş etdiriləcək.

Teatrın axşam repertuarında aprelin 7-də saat 19:00-da U.Şekspir “Romeo və Cülyetta” (ingilis dilində titrlərlə), aprelin 8-i eyni saatda Ə.Əmirlinin “Hasarın o üzü” tamaşaları nümayiş olunacaq.

Səhnə əsərlərində rolları xalq artistləri Nurəddin Mehdixanlı, Həmidə Ömərova, əməkdar artistlər Nofəl Vəliyev, Naibə Allahverdiyeva, aktyorlar Mirzə Ağa Mirzəyev, Rəşad Səfərov, Vüqar Məmmədəliyev, Günel Məmmədova, Asya Atakişiyeva və Səbinə Məmmədova ifa edəcək.

Son xəbərlər

Orphus sistemi