Gənc Tamaşaçılar Teatrında həftəsonu 8 tamaşa nümayiş olunacaq

Gənc Tamaşaçılar Teatrında həftəsonu 8 tamaşa nümayiş olunacaq Bakı. 13 dekabr. REPORT.AZ/ Bu həftə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (ADGTT) daimi tamaşaçıları və şəhərimizin qonaqları, eləcə də kiçik yaşlı tamaşaçılar üçün maraqlı repertuar tərtib edib.
İncəsənət
1835
13 Dekabr , 2017 20:23
Gənc Tamaşaçılar Teatrında həftəsonu 8 tamaşa nümayiş olunacaq

Bakı. 13 dekabr. REPORT.AZ/ Bu həftə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (ADGTT) daimi tamaşaçıları və şəhərimizin qonaqları, eləcə də kiçik yaşlı tamaşaçılar üçün maraqlı repertuar tərtib edib.

Teatrdan "Report"a verilən məlumata görə, dekabrın 15-də saat 14:00-da böyük mütəfəkkir M.F.Axundzadənin “Hekayəti-Xırs quldurbasan”, saat 19:00-da isə türk dünyasının ortaq qəhrəmanı “Koroğlu” dastanı əsasında hazırlanmış “Eşq-i Nigar” tamaşaları nümayiş olunacaq.

Dekabrın 16-sı saat 19:00-da L.Nurenin “Mən gəldim qızlar”, dekabrın 17-si saat 19:00-da isə D.Fo, P.Filipponun “İtalyansayağı xoşbəxtlik” komediyası təqdim ediləcək.

Teatr daimi və sevimli kiçik yaşlı tamaşaçılarını da hər zaman olduğu kimi diqqətdən kənarda qoymayıb.

Belə ki, kollektiv dekabrın 16-sı saat 12:00-14:00-da olmaqla C.Rodarinin “Çipollino”, dekabrın 17-də isə C.Sviftin “Qulliver cırtdanlar ölkəsində” adlı yeni tamaşaları ilə balaca dostlarını sevindirəcək.

Tamaşalarda rolları Teatrın istedadlı aktyorları, əməkdar artistlər - Kəmalə Hüseynova, Leyli Vəliyeva, Nübar Novruzova, Qurban İsmayılov, Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar - Günel Məmmədova, Səbinə Məmmədova, Elşən Hacıbabayev, Anar Seyfullayev, Elnur Hüseynov, Müşfiq Əliyev, Aygün Fətullayeva, Xəyalə Meydanova və başqaları ifa edəcəklər.

Tamaşalara biletləri bütün mərkəzləşdirilmiş kassalardan, ASAN xidmət mərkəzlərindən və filiallarından əldə edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi