Bakı. 20 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Tamara Vəliyevanın "Mənim ağ göyərçinim" tamaşası nümayiş etdirilib. "Report"un məlumatına görə, tamaşanın nümayişindən əvvəl şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Səslənən çıxışların ardından tamaşaya baxış olub.
Qeyd edək ki, əsər 20 Yanvar şəhidlərinə həsr edilib.