Gənc Tamaşaçılar Teatrı yeni mövsümü sentyabrın ortasında açacaq

Gənc Tamaşaçılar Teatrı yeni mövsümü sentyabrın ortasında açacaq 88-ci teatr mövsümünün ilk tamaşası “Xortdanın cəhənnəm məktubları” olacaq
İncəsənət
15 İyul , 2015 10:29
Gənc Tamaşaçılar Teatrı yeni mövsümü sentyabrın ortasında açacaq

Bakı. 15 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 88-ci teatr mövsümünü sentyabrın 18-də açacaq. "Report" xəbər verir ki, teatr yeni mövsümə Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" povesti əsasında hazırlanan eyniadlı tamaşanın nümayişi ilə başlayacaq. 

Tamaşanı Kalmık Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, Rusiyanın əməkdar incəsənət xadimi və Azərbaycanın fəxri mədəniyyət işçisi Boris Mandjiyev səhnəyə qoyub.

Qeyd edək ki, iki ölkənin teatr rəhbərləri arasında imzalanmış qarşılıqlı yaradıcılıq əlaqələri barədə müqaviləyə əsasən hazırlanmış yeni səhnə əsərinin quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Vasif Hüseynli, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor assistenti Sona Mustafayevadır.

Tamaşada əməkdar artistlər Leyli Vəliyeva, Qurban İsmayılov, Şövqi Hüseynov, aktyorlar Manaf Dadaşov, Elnur Kərimov, Elşən Çarhanlı, Ədalət Əbdülsəməd, Zemfira Əbdülsəmədova, Xalidə Şərifova, Səbinə Məmmədova, Vüsal Mehrəliyev, İlham Əsədov, Elşən Hacıbabayev, Rəşad Səfərov, Eldar İmanov, Vahid Orucoğlu, Anar Səfiyev çıxış edir.

1 saat 30 dəqiqə davam edən "Xortdanın cəhənnəm məktubları" əsərinin teatrın yeni – 88-ci mövsümündə Rusiyanın bir sıra şəhərlərində nümayiş etdirilməsi də nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi