Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Novruz bayramı şənliklərinə hazırlaşır.
"Report" xəbər verir ki, bayram şənlikləri martın 14-dən 24-dək davam edəcək. Balaca tamaşaçılar üçün "Dəcəl keçi", "Məlikməmməd və sehrli almalar", "Qoğalın nağılı" və "Qırmızı papağın nağılı" tamaşaları nümayiş etdiriləcək.
Həmçinin balaca tamaşaçıları Kosa və Keçəlin ifasında maraqlı bayram proqramı gözləyir.
Qeyd edək ki, tamaşaların rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, əməkdar artist Nicat Kazımov və gənc rejissor Ayla Osmanovadır.