Bakı. 20 iyun. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti bölgələrə qastrol səfərinə gedəcək.
Bu barədə "Report"a teatrın mətbuat xidmətindən məlumat verilib.
Teatr V.Siqarevin “Şeytan ailəsi” əsəri əsasında hazırlanan “Ağ ölüm” tamaşasını Şirvan, Neftçala, Biləsuvar, Lənkəran, Lerik və Astara rayonlarında nümayiş etdirəcək.
Qastrol səfəri iyunun 27-dən iyulun 1-dək davam edəcək.
Gənc Tamaşaçılar Teatrı özünün builki – 88-ci teatr mövsümünə iyulun 1-də Astara rayonunda yekun vuracaq.