Gələn il Şəkidə II teatr festivalı keçiriləcək

Gələn il Şəkidə II teatr festivalı keçiriləcək Festivalda TÜRKSOY-un xətti ilə hazırlanan tamaşalar da nümayiş etdiriləcək
İncəsənət
6 İyul , 2015 10:53
Gələn il Şəkidə II teatr festivalı keçiriləcək

Bakı. 6 iyul. REPORT.AZ/ Gələn il Şəkidə ikinci beynəlxalq teatr festivalı keçiriləcək.

"Report" xəbər verir ki, festivalda Azərbaycan və qonşu dövlətlərin teatr truppaları iştirak edəcək.

Festivalda TÜRKSOY-un xətti ilə hazırlanan tamaşalar da, nümayiş etdiriləcək.

Xatırladaq ki, I Şəki Beynəlxalq Teatr Festivalı 2014-cü il sentyabrın 10-dan 19-dək keçirilib.

Festival çərçivəsində Şəki şəhərində Azərbaycan milli peşəkar teatrının 142-ci mövsümünün təntənəli açılış mərasimi baş tutub və xalq artisti Lütfəli Abdullayevin büstünün aşılışı olub. 

Son xəbərlər

Orphus sistemi