Fuad Poladov: "Səhhətimlə bağlı irəliləyiş yoxdur"

Fuad Poladov: "Səhhətimlə bağlı irəliləyiş yoxdur" "Xəstəliyimi gizli saxlamaq niyyətim olmayıb"
İncəsənət
3 Oktyabr , 2017 12:28
Fuad Poladov: Səhhətimlə bağlı irəliləyiş yoxdur
Report

Bakı. 3 oktyabr. REPORT.AZ/ "Hələ ki, səhhətimlə bağlı irəliləyiş yoxdur".

Bunu "Report"a açıqlamasında xalq artisti Fuad Poladov deyib.

Aktyor bildirib ki, xəstəliyini gizli saxlamaq kimi bir niyyəti olmayıb: "Gizli saxlamaq istəsəm belə, bu,  alınmazdı. Çünki xəstəxanaya gedirəm, görənlər və eşidənlər olur".

Qeyd edək ki, aktyorun ağciyərində xərçəng aşkarlanıb. Fuad Poladov bu il iyulun 12-də Milli Onkologiya Mərkəzində qeydiyyata alınıb. 

Son xəbərlər

Orphus sistemi