Fransalı aktrisa və yazıçı Ann Vyazemski vəfat edib

Fransalı aktrisa və yazıçı Ann Vyazemski vəfat edib Onun ölümünə onkoloji xəstəlik səbəb olub
İncəsənət
6 Oktyabr , 2017 08:02
Fransalı aktrisa və yazıçı Ann Vyazemski vəfat edib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Fransalı aktrisa və yazıçı Ann Vyazemski 70 yaşında vəfat edib.

"Report" xəbər verir ki, onun ölümünə səbəb kimi onkoloji xəstəlik göstərilir.

Vyazemski rejissor Jan-Lük Qodarın keçmiş həyat yoldaşı idi.

Aktrisa Rober Bressonun "Bəxtə-bəxt, Baltazar", Qodarın "Çinli qadınla", həmçinin Paolo Pazolininin "Teorema", "Donuz damı" kimi filmlərində rol alıb.

Bundan əlavə, Vyazemski "Bir ovuc insan" kitabının da müəllifidir.

Son xəbərlər

Orphus sistemi