Fransada hərraca az qalmış Renuarın məşhur əsəri oğurlanıb

Fransada hərraca az qalmış Renuarın məşhur əsəri oğurlanıb Təşkilatçılar rəsmə görə 25-30 min avro qazanmağı düşünürdülər
İncəsənət
1 Oktyabr , 2017 02:24
Fransada hərraca az qalmış Renuarın məşhur əsəri oğurlanıb

Bakı. 1 oktyabr. REPORT.AZ/ Fransız rəssamı Pyer Ogüst Renuarın "Parlaq saçlı gənc qızın portreti" əsəri satışa az qalmış hərrac evindən oğurlanıb.

"Report" "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, rəssamın bu işi əsas lot hesab olunurdu və təşkilatçılar bundan 25-30 min avro gəlir əldə etməyi düşünürdü.

Hərraca cavabdeh şəxs Frederik Loran de Rümmel qeyd edib ki, oktyabrın 1-nə planlaşdırılan hərrac istənilən halda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi