Franka Sozzani vəfat edib

Franka Sozzani vəfat edib O, 28 il "Vogue" jurnalının baş redaktoru olub
İncəsənət
23 Dekabr , 2016 18:56
Franka Sozzani vəfat edib

Bakı. 23 dekabr.REPORT.AZ/ İtaliyanın "Vogue" jurnalının baş redaktoru və vaxtilə bu ölkədə moda üzrə birinci olan Franka Sozzani vəfat edib.

"Report" BBC-ə istinadən xəbər verir ki, uzun müddətdir xəstəlikdən əziyyət çəkən F.Sozzani 66 yaşında Milanda dünyasını dəyişib.

F.Sozzani 2008-ci ildə "Vogue"nin "tamamilə qara" sayını nəşr etdirib. Yalnız qaradərili modellər üçün olan bu nəşr qısa zamanda hitə çevrilib.

"Vogue" jurnalına 1998-ci ildən rəhbərlik edən Franka Sozzani dəb dünyasının tanınmış simalarından biri olub.

Son xəbərlər

Orphus sistemi