Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə Ankarada konsert keçiriləcək

Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə Ankarada konsert keçiriləcək Oktyabrın 9-da Türkiyənin paytaxtı Ankarada görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun xatirəsinə həsr olunmuş konsert keçiriləcək.
İncəsənət
12 Sentyabr , 2022 16:59
Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə Ankarada konsert keçiriləcək

Oktyabrın 9-da Türkiyənin paytaxtı Ankarada görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun xatirəsinə həsr olunmuş konsert keçiriləcək.

“Report” TÜRKSOY-a istinadən xəbər verir ki, konsert bəstəkarın 100 illik yubileyinə həsr olunub və “Başkent Kültür Yolu Festivalı” festivalı çərçivəsində təşkil olunacaq.

Tədbirdə Çukurova adına Dövlət Simfonik Orkestri çıxış edəcək.

Xatırladaq ki, 2022-ci ilin noyabr ayında görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının dövlət mükafatları laureatı Fikrət Əmirovun anadan olmasının 100 illiyi tamam olur.

Son xəbərlər

Orphus sistemi