Eyfel qülləsinin pilləkənləri yarım milyon avroya satılıb

Eyfel qülləsinin pilləkənləri yarım milyon avroya satılıb Onu asiyalı alıb
İncəsənət
1584
24 Noyabr , 2016 11:30
Eyfel qülləsinin pilləkənləri yarım milyon avroya satılıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Parisin rəmzi sayılan Eyfel qülləsinin pilləkənlərı 523 min 800 avroya satılıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, mühəndisi Qustavo Eyfel olan 324 metrelik qüllənin 14 pilləkənı 1983-cü ildə lift quraşdırılarkən sökülüb.

Hərraca çıxarılan 14 pilləkən adı açıqlanmayan asiyalı şəxs tərəfindən 523 min 800 avroya satın alınıb.

Qeyd edək ki, bundan əvvəl qüllənin 19 pilləkənı 2013-cü ildə 220 min avroya satılıb.

Son xəbərlər

Orphus sistemi