​“Eurovision-2016” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb

​“Eurovision-2016” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb Mayın 14-də keçiriləcək final mərhələsində 10 ölkə iştirak edəcək
İncəsənət
13 May , 2016 02:52
​“Eurovision-2016” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb

Bakı. 13 may. REPORT.AZ/ Stokholmda "Globen" idman-konsert kompleksində "Eurovision-2016" mahnı yarışmasının ikinci yarımfinalı başa çatıb. 

"Report" xəbər verir ki, təmsilçilərin çıxışlarından sonra 15 dəqiqə davam etmiş səsvermələr nəticəsində finala Latviya, Gürcüstan, Bolqarısan, Avstraliya, Ukrayna, Serbiya, Polşa, İsrail, Litva və Belçika təmsilçiləri çıxıblar.

Bununla da mayın 14-də keçiriləcək final mərhələsində 10 ölkə iştirak edəcək.

Qeyd edək ki, birinci yarımfinal mayın 10-da keçirilib. Ölkəmizi "Eurovision-2016" mahnı yarışmasında təmsil edən Səmra Rəhimli mayın 10-da finala vəsiqə qazanıb. O, yarışmanın birinci hissəsində səhnəyə çıxacaq.

Birinci yarımfinala respublikamızla yanaşı Rusiya, Çexiya, Kipr, Hollandiya, Malta, Macarıstan, Avstriya, Xorvatiya və Ermənistan təmsilçiləri də vəsi qə qazanıb.  

 Builki mahnı yarışmasının finalı ABŞ-da ilk dəfə canlı yayımlanacaq.  

Son xəbərlər

Orphus sistemi