"Eşq və intiqam" tamaşası Bakı tamaşaçılarına təqdim ediləcək

"Eşq və intiqam" tamaşası Bakı tamaşaçılarına təqdim ediləcək Mingəçevir Teatrı Milli Dram Teatrının səhnəsində çıxış edəcək
İncəsənət
11 Aprel , 2015 17:47
Eşq və intiqam tamaşası Bakı tamaşaçılarına təqdim ediləcək

Bakı. 11 aprel. REPORT.AZ/ Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrı Bakı səhnəsində tamaşa oynayacaq.

"Report" xəbər verir ki, Mingəçevir Dram Teatrının quruluşunda olan Süleyman Sani Axundovun "Eşq və İntiqam" əsəri Akademik Milli Dram Teatrının səhnəsində nümayiş ediləcək.

Aprelin 27-də nümayiş ediləcək tamaşanın quruluşçu rejissoru Zülfüqar Abbasov, quruluşçu rəssamı Yusif İmamverdiyevdir.

Qeyd edək ki, bölgələrdə fəaliyyət göstərən teatrların paytaxt səhnəsində tamaşalar nümayiş etdirməsi təqdirəlayiq haldır. 

Son xəbərlər

Orphus sistemi