"Əsgərin şücaəti" filminin çəkilişləri başa çatır

"Əsgərin şücaəti" filminin çəkilişləri başa çatır Film mayın 9-da tamaşaçılara təqdim ediləcək
İncəsənət
16 Yanvar , 2015 16:06
Əsgərin şücaəti filminin çəkilişləri başa çatır

Bakı. 16 yanvar. REPORT.AZ/ Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında dövlət sifarişi ilə ekranlaşdırılan "Əsgərin şücaəti" adlı tammetrajlı bədii filmin istehsalı davam etdirilir.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yayıb. 

Əsas hissəsinin çəkilişləri Belarusun Brest, Minsk şəhərlərində və Vileyka qəsəbəsində aparılan film II Dünya müharibəsində faşizm üzərində qələbənin 70 illiyinə həsr olunub. Məhz bu münasibətlə filmin təqdimat mərasimi 2015-ci il mayın 9-da olacaq.

Hazırda filmin qış səhnələrinin çəkilişlərinə hazırlıq işləri aparılır.

Qeyd edək ki, ekran əsərinin ssenari müəllifləri Yuri Vorobyov və Yavər Rzayev, rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyev, prodüsseri isə Müşfiq Hətəmovdur. Baş rolu Pantomima Teatrının aktyoru Bəhruz Vaqifoğlunun canlandırdığı filmdə Almaniya və Rusiyanın tanınmış aktyorları rol alıblar.

Son xəbərlər

Orphus sistemi