ƏSA Teatrı “Yay gecəsində yuxu” tamaşasını hazırlayır

ƏSA Teatrı “Yay gecəsində yuxu” tamaşasını hazırlayır Səhnə əsərində 10-u fiziki məhdudiyyətli olmaqla 15 aktyor iştirak edəcək
İncəsənət
3 Aprel , 2017 16:10
ƏSA Teatrı  “Yay gecəsində yuxu” tamaşasını hazırlayır
ƏSA Teatrı

Bakı. 3 aprel. REPORT.AZ/ Əsas heyəti fiziki məhdudiyyətli şəxslərdən ibarət inklüziv ƏSA Teatrı dahi ingilis dramaturqu Uilyam Şekspirin “Yay gecəsində yuxu” romantik komediyasını səhnələşdirəcək.

Teatrın baş meneceri Nicat Qulamın "Report"a verdiyi məlumata görə, artıq premyera günü təyin edilib və tamaşa hazırlığı sürətli şəkildə davam edir.

Səhnə əsərində 10-u fiziki məhdudiyyətli olmaqla 15 aktyor iştirak edəcək. 

Tamaşanın quruluşçu rejissoru Şamil İbrahimov, ikinci rejissoru isə teatrın bədii rəhbəri Nihad Qulamzadədir.

Son xəbərlər

Orphus sistemi