Əlibaba Məmmədovun 85 illik yubileyi qeyd ediləcək

Əlibaba Məmmədovun 85 illik yubileyi qeyd ediləcək Yubiley gecəsi Beynəlxaq Muğam Mərkəzində keçiriləcək
İncəsənət
28 Yanvar , 2015 18:17
Əlibaba Məmmədovun 85 illik yubileyi qeyd ediləcək

Bakı. 28 yanvar. REPORT.AZ/ Fevralın 6-da görkəmli xanəndə, Azərbaycanın xalq artisti Əlibaba Məmmədovun 85 illik yubileyi münasibətilə tədbir keçiriləcək.

Bu barədə "Report" a Beynəlxalq Muğam Mərkəzindən bildirilib.

Qocaman xanəndənin 85 yaşı fevralın 5-də tamam olur.

Yubiley mərasimi əsl muğam konserti olacaq. Konsertdə Əlibaba Məmmədovun tələbələri, Muğam Müsabiqəsinin iştirakçıları çıxış edəcək, muğam dəsgahları və xanəndənin bəstələdiyi mahnılar ifa olunacaq. 

Son xəbərlər

Orphus sistemi