Əli Əmirlinin əsəri beynəlxalq teatr festivalında nümayiş etdirilib

Əli Əmirlinin əsəri beynəlxalq teatr festivalında nümayiş etdirilib Festivalın sonunda Gəncə teatrının kollektivi xüsusi priz və diplomla mükafatlandırılıb
İncəsənət
31 Mart , 2017 11:43
Əli Əmirlinin əsəri beynəlxalq teatr festivalında nümayiş etdirilib

Bakı. 31 mart. REPORT.AZ/ Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının kollektivi Türkiyənin Merzifon şəhərində keçirilən və Rusiya, Ukrayna, Gürcüstan və digər ölkə teatrlarının iştirak etdiyi ənənəvi beynəlxalq teatr festivalına qatılıb.

Bu barədə "Report"a Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən məlumat verilib.

Gəncə teatrı festivalda əməkdar artist Novruz Cəfərovun quruluş verdiyi əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirlinin "İyirmi ildən sonra" əsərinin tamaşasını nümayiş etdirib.

Tamaşada baş rollarda xalq artisti Pərvanə Qurbanova və rejissorun özü, əməkdar artist Novruz Cəfərov çıxış edib.

Festivalın sonunda Gəncə teatrının kollektivi xüsusi priz və diplomla mükafatlandırılıb.

Son xəbərlər

Orphus sistemi