Eldar Ryazanovun vəziyyəti yenidən pisləşib

Eldar Ryazanovun vəziyyəti yenidən pisləşib Artıq məşhur rejissorun yanına doğmalarından heç kimi, hətta həyat yoldaşını da buraxmırlar
İncəsənət
18 Dekabr , 2014 18:41
Eldar Ryazanovun vəziyyəti yenidən pisləşib

Bakı. 18 dekabr. REPORT.AZ/ Görkəmli rus rejissoru, SSRİ xalq artisti Eldar Ryazanovun vəziyyəti yenidən pisləşib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, E.Ryazanov müalicə aldığı Burdenko adına xəstəxananın reanimasiya şöbəsindədir. 87 yaşlı rejissorun sağlıq durumu ağır olaraq qalır. Artıq onun yanına doğmalarından heç kimi, hətta həyat yoldaşını da buraxmırlar. Həkimlər bunun səbəbini rejissorun vəziyyətinin ağırlaşması ilə izah edirlər.

Qeyd edək ki, görkəmli rejissor noyabrın 24-dən xəstəxanada müalicə olunur. Həkimlər 87 yaşlı rejissorun vəziyyətini ağır qiymətləndirirlər. 

Son xəbərlər

Orphus sistemi