Eldar Quliyev: "Milli Kino" mükafatına layiq görülməyimi sizdən eşitdim"

Eldar Quliyev: "Milli Kino" mükafatına layiq görülməyimi sizdən eşitdim" "Hazırda evdəyəm, heç yerə getmirəm"
İncəsənət
129
14 Yanvar , 2016 20:20
Eldar Quliyev: Milli Kino mükafatına layiq görülməyimi sizdən eşitdim

Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycanın xalq artisti, görkəmli kinorejissor Eldar Quliyev Azərbaycan Respulikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi "Milli Kino" mükafatına layiq görülüb. 

Rejissor "Report"a açıqlamasında mükafat alması xəbərini şərh edərkən deyib: "Hazırda evdəyəm. Bir müddətdir özümü yaxşı hiss etmirəm. Bu səbəbdən də heç yerə getmirəm, müsahibə vermirəm. "Milli Kino" mükafatına layiq görülməyimi sizdən eşitdim. Sağ olsunlar". 

Xatırladaq ki, yanvarın 18-də Eldar Quliyevin 75 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan kinosuna verdiyi töhfələrə görə Azərbaycan Respulikası Kinematoqrafçılar İttifaqı görkəmli rejissoru “Milli kino" mükafatına layiq görüb. Bu barədə İttifaqın idarə heyətində qərar qəbul olunub. Bundan əlavə, E.Quliyev Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Azərbaycan mədəniyyətinin tədrisi və təbliğində xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Son xəbərlər

Orphus sistemi