Eldar Qasımov Qazaxıstanda xeyriyyə aksiyalarında iştirak edəcək

Eldar Qasımov Qazaxıstanda xeyriyyə aksiyalarında iştirak edəcək "Eurovision” mahnı müsabiqəsinin qalibi Uralsk şəhərində keçiriləcək III xeyriyyə bal rəqsində də qonaq olacaq
İncəsənət
15 Sentyabr , 2017 20:15
Eldar Qasımov Qazaxıstanda xeyriyyə aksiyalarında iştirak edəcək

Bakı. 15 sentyabr. REPORT.AZ/ "Eurovision” mahnı müsabiqəsinin qalibi, Avropada tanınmış azərbaycanlı müğənni Eldar Qasımov Qazaxıstanda keçiriləcək xeyriyyə tədbirində xüsusi qonaq qismində çıxış edəcək. 

"Report"un məlumatına görə, bu məqsədlə müğənni oktyabrın əvvəlində Qazaxıstana səfər edəcək. 

E.Qasımov səfər çərçivəsində oktyabrın 2-də Qazaxıstanın Uralsk şəhərində keçiriləcək III xeyriyyə bal rəqsində qonaq olacaq. Müğənni bu gecədə yalnız qonaq kimi yox, həm də şəhərdə baş tutacaq bir çox xeyriyyə aksiyalarında iştirak edəcək.

Bu tədbir dəvət olunan ulduz qonaqların sayına görə əvvəlkilərini geridə qoyacaq. Təşkilatçılar bildirirlər ki, Uralyanı regionun və bəlkə də, bütün respublikanın mədəniyyət həyatında əsl furor yaradacaq. Tədbir üçün opera balı formatı seçilib.

Son xəbərlər

Orphus sistemi