"Edam hökmü" adlı yeni film çəkilir

"Edam hökmü" adlı yeni film çəkilir Ekran əsəri ölümə məhkum olunmuş məhbusun həyatından bəhs edir
İncəsənət
8 İyul , 2016 11:41
Edam hökmü adlı yeni film çəkilir

Bakı. 8 iyul. REPORT.AZ/ Yazıçı Cəlaləddin Qasımovun ssenarisi əsasında "Edam hökmü" adlı yeni bədii film çəkilir. 

Bu barədə "Report"a ekran əsərində baş rolu ifa edən Akademik Milli Dram Teatrının aktyoru Rövşən Kərimduxt məlumat verib.

Onun sözlərinə görə, film ötən əsrin 80-ci illərindən və həmin dövrdə ölüm hökmünə məhkum edilən məhbusun taleyindən bəhs edir.

Ekran əsərinin rejissoru Elşən Heydərovdur. Filmdə əməkdar artist Sabir Məmmədov, Şəlalə Şahvələdqızı, aktyorlar Ramin Şıxəliyev, Məmməd Əliyev və başqaları çəkilir.

1 saat 30 dəqiqəlik filmin çəkilişləri Bakıda aparılır. 

Çəkilişlər sentyabrda başa çatacaq.

Son xəbərlər

Orphus sistemi