Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrı bu gündən etibarən Yeni İl şənliklərinə start verib.
"Report"un xəbərinə görə, teatrda şənliklər yanvarın 6-dək davam edəcək.
Hər gün dörd seansın keçirilməsi nəzərdə tutulub. Seanslar saat 10.30, 12.30, 14.30 və 16.30-da olacaq.
Teatrın təşkil etdiyi “Yeni İl” şənliklərində iştirak etmək istəyənlər biletləri şəhərin bütün teatr-konsert kassalarından əldə edə bilər.



