Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə yeni sənədlər verilib

Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə yeni sənədlər verilib İki görkəmli şəxsin ailə üzvləri arxivə yeni materiallar təqdim ediblər
İncəsənət
16 İyun , 2016 19:51
Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə yeni sənədlər verilib

Bakı. 16 iyun. REPORT.AZ/ Salman Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə yeni sənədlər daxil olub.

Bu barədə "Report"a arxivdən məlumat verilib. 

Bildirilib ki, Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin fonduna görkəmli alim Bəkir Nəbiyev və uzun illər "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsində çalışan Cəmil Əlibəyovun şəxsi arxivi təhvil verilib. Hər iki şəxsi arxivi ailə üzvləri təqdim edib. Şəxsi sənədlər arasında Bəkir Nəbiyev və Cəmil Əlibəyova məxsus olan əlyazmalar, fotolar var.

Qeyd edək ki, Bəkir Nəbiyev və Cəmil Əlibəyovun şəxsi fondları Dövlət Ədəbiyyat və İncəsənət Arxivində əvvəllər də olub. Yeni sənədlər əvvəlki sənədlərə əlavə olunaraq fonda daxil edilib.

Son xəbərlər

Orphus sistemi