Direktor: "YUĞ Teatrının binasının söküləcəyi haqda bizə dəqiq bir söz deyilməyib"

Direktor: "YUĞ Teatrının binasının söküləcəyi haqda bizə dəqiq bir söz deyilməyib" Tərlan Rəsulov: "Kollektiv hazırda tearın binasındadır"
İncəsənət
14 Yanvar , 2016 12:17
Direktor: YUĞ Teatrının binasının söküləcəyi haqda bizə dəqiq bir söz deyilməyib

Bakı. 14 yanvar. REPORT.AZ/ "YUĞ Teatrının binasının söküləcəyi haqda bizə dəqiq bir söz deyilməyib".

Bunu "Report" açıqlamasında teatrın direktoru Tərlan Rəsulov bildirib. 

Onun sözlərinə görə, hazırda YUĞ Teatrı əvvəllər fəaliyyət göstərdiyi binadadır və kollektivi heç yerə köçməyib: "Hələlik öz binamızdayıq. Bizə dəqiq bir söz deyilməyib. Əgər binamız söküləcəksə, bundan faciə düzəltmək lazım deyil. YUĞ Teatrı bir binadan ibarət deyil ki? YUĞ düşüncədir, estetikadır. YUĞ-un kollektivi var, tamaşaçıları var. Harada fəaliyyət göstərməyimizdən asılı olmayaraq, tamaşaçılarımız bizi gəlib tapacaq".

Qeyd edək ki, mətbuatda YUĞ Dövlət Teatrının yerləşdiyi binanın söküləcəyi haqda məlumat yayılıb. Teatrın fəaliyyət göstərdiyi bina 16-cı əsrdə inşa olunub. Hamam-binanın Bakıda aparılan abadlıq işlərinə görə söküləcəyi bildirilib. Teatrın yerləşdiyi məkan söküntü ərazisinə düşür. 

Son xəbərlər

Orphus sistemi