Dastin Hoffman qızının sinif yoldaşına qarşı seksual hərəkətlərdə ittiham olunur

Dastin Hoffman qızının sinif yoldaşına qarşı seksual hərəkətlərdə ittiham olunur Bakı. 15 dekabr. REPORT.AZ/ Hollivud aktyoru Dastin Hoffman qızının 16 yaşlı sinif yoldaşına qarşı seksual hərəkətlərdə ittiham olunur.
İncəsənət
15 Dekabr , 2017 07:58
Dastin Hoffman qızının sinif yoldaşına qarşı seksual hərəkətlərdə ittiham olunur

Bakı. 15 dekabr. REPORT.AZ/ Hollivud aktyoru Dastin Hoffman qızının 16 yaşlı sinif yoldaşına qarşı seksual hərəkətlərdə ittiham olunur.

“Report” xəbər verir ki, bu barədə Amerikanın "Variety" jurnalında dərc olunan materialda bildirilir.

Kori Tomas adlı qadın bildirib ki, 1980-ci ildə aktyorun qızı Karina ilə birgə Hoffmanın mehmanxana otağında olub. Karinanın gedişindən sonra Kori Tomas aktyorla tək qalıb. Bu zaman aktyor, guya hamam otağından çıxaraq qıza öz çılpaq bədənini göstərib. Bundan əlavə, o, qızdan ayaqlarını masaj etməsini istəyib və onun ünvanına ədəbsiz ifadələr işlədib.

Materialda Hoffmanı seksual xarakterli zorakılıq əməllərində ittiham edən daha iki qadının sözləri sitat gətirilir. Onlardan biri — Melissa Kester — "İştar" filmi (1987) üzərində aktyorla birgə işləyib. O bildirib ki, aktyor mahnıların lentə alınması zamanı onunla audiostudiyada olan vaxt, qızın razılığı olmadan ona toxunub.

Adı açıqlanmayan üçüncü qadın nəşrə bildirib ki, aktyor fəaliyyətinə yeni başlayan zaman Hoffmanla tanış olub. O, guya avtomobil ilə yol gedən zaman qadının iradəsinə əks olaraq ona toxunub.

Jurnal eyni zamanda Hoffmanın nümayəndəsinə istinadən xəbər verir ki, qarşı tərəf aktyora ünvanlanan bu ittihamları "uydurulmuş böhtan" adlandırıb.

Son xəbərlər

Orphus sistemi