Daşkənddə "İpək Yolu Azərbaycan və Özbəkistan rəssamlarının gözü ilə" sərgisi keçiriləcək

Daşkənddə "İpək Yolu Azərbaycan və Özbəkistan rəssamlarının gözü ilə" sərgisi keçiriləcək Sərgidə məşhur Azərbaycan rəssamlarının işləri nümayiş olunacaq
İncəsənət
20 Noyabr , 2014 18:03
Daşkənddə İpək Yolu Azərbaycan və Özbəkistan rəssamlarının gözü ilə sərgisi keçiriləcək

Bakı. 20 noyabr. REPORT.AZ/ Noyabrın 26-da Daşkənddə "İpək Yolu Azərbaycan və Özbəkistan rəssamlarının gözü ilə" sərgisinın açılışı olacaq. "Report" xəbər verir ki, tədbir K.Bexzoda adına MİDİ və Azərbaycan Dövlət İncəsənət Qalereyasının dəstəyi ilə Azərbaycanın Özbəkistandakı səfirliyi yanında Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə təşkil olunur.

Sərginin açılışında Azərbaycanın Özbəkistandakı səfirliyinin nümayəndələri, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, "Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyətinin üzvləri, Özbəkistan rəssamları və yaradıcı insanları iştirak edəcək. 

Sərgidə Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Toğrul Nərimanbəyov, Ertegin Salamzadə, Elbəy Rzaquliyev və s. kimi məşhur Azərbaycan rəssamlarının, eləcə də Akməl Nurəddinov, Sabir Rəhmətov, Cavlon Umarbəyov, Baxodır Calalov və s. özbək rəssamların işləri nümayiş olunacaq.

Sərginin açılışında İpək Yolu haqqında qısametrajlı sənədli film göstəriləcək. 

Son xəbərlər

Orphus sistemi