Corc Kluni "Sezar" mükafatına layiq görülüb

Corc Kluni "Sezar" mükafatına layiq görülüb O, kino sənətinə verdiyi töhfələrə görə mükafatlandırılıb
İncəsənət
163
25 Fevral , 2017 05:56
Corc Kluni Sezar mükafatına layiq görülüb

Bakı. 25 fevral. REPORT.AZ/ Amerikalı aktyor Corc Kluni kinematoqrafiyaya verdiyi töhfələrə görə, Fransanın Kinematoqrafiya Sənəti və Texnikası mükafatı olan "Sezar"a layiq görülüb.

"Report" xəbər verir ki, mükafat cümə günü axşam Parisin "Pleylel" konsert zalında keçirilən təntənəli mərasimdə təqdim olunub.

"Sezar" mükafatı Fransanın ən nüfuzlu milli kino mükafatıdır.

Son xəbərlər

Orphus sistemi