“Cirque du Soleil” pandemiya səbəbindən müflis olmaq təhlükəsi ilə üzləşib

“Cirque du Soleil” pandemiya səbəbindən müflis olmaq təhlükəsi ilə üzləşib Kanadanın sirk şouları təşkilatçısı olan məşhur “Cirque du Soleil” şirkəti onu müflis olmaqdan qorumaqla bağlı müraciət edib.
İncəsənət
30 İyun , 2020 17:15
“Cirque du Soleil” pandemiya səbəbindən müflis olmaq təhlükəsi ilə üzləşib

Kanadanın sirk şouları təşkilatçısı olan məşhur “Cirque du Soleil” şirkəti onu müflis olmaqdan qorumaqla bağlı müraciət edib.

Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir.

Belə ki, koronavirus pandemiyası ilə əlaqədar artistlər 44 səhnə quruluşu üzərində işi dayandırmalı olublar.

Yaxın zamanlarda şirkət 3 500 nəfəri ixtisar edərək yalnız 213 işçisini ştatda saxlamaq məcburiyyətində qalacaq.

Şirkət iflasdan qorunmaq üçün müraciət edib. Hələlik mövcud səhmdarlarla müqavilə bağlamağı bacaran şirkət müəyyən pul vəsaiti almaq və vəziyyətə nəzarət etmək imkanı qazanıb.

Son xəbərlər

Orphus sistemi