"Çirkin ördək balası" tamaşasının premyerası olacaq

"Çirkin ördək balası" tamaşasının premyerası olacaq Yeni tamaşa balaca tamaşaçılar üçün nəzərdə tutulub
İncəsənət
21 may 2015 12:23
Çirkin ördək balası tamaşasının premyerası olacaq

Bakı. 21 may. REPORT.AZ/ Mayın 23-24-də Gənc Tamaşaçılar Teatrında görkəmli Danimarka yazarı Hans Kristian Andersenin “Çirkin ördək balası” nağılı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın premyerası olacaq.

"Report" xəbər verir ki, tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Zaur Rəşidov, baletmeysteri Nailə Məmmədzadədir.

Tamaşada əsas rolları əməkdar artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva, Elşən Rüstəmov, Leyli Vəliyeva, aktyorlar, Hüsniyyə Əhmədova, İlqarə Tosova, Günel Məmmədova, Zümrüd Quliyeva, Roza İbadova, Səbinə Məmmədova, Venera Abbasova, Anar Seyfullayev, Araz Pirimov, Müşfiq Əliyev, Elşən Hacıbabayev, Eşqin Quliyev, Rasim Cəfərov və başqaları oynayacaq. 

Qeyd edək ki, balaca tamaşaçılar üçün nəzərdə tutulmuş tamaşa mayın 23 və 24-də günorta saat 12.00-da nümayiş ediləcək.

Son xəbərlər

Orphus sistemi